...

Yanvar-may aylarında Karabiga limanı 300-dən çox gəmi qəbul edib

İqtisadiyyat Materials 28 İyun 2023 09:30 (UTC +04:00)
Yanvar-may aylarında Karabiga limanı 300-dən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Çanakkale şəhərində yerləşən Karabiga limanı 341 gəmi qəbul edib.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Karabiga limanı Türkiyə bayrağı altında üzən 214, digər ölkələrin bayraqları altında üzən 127 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 175 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 388, Türkiyə bayrağı altında olan gəmilər isə 6 min 837 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti