...

Azərbaycana pul köçürmələri azalıb - Mərkəzi Bank

İqtisadiyyat Materials 12 Sentyabr 2023 13:07 (UTC +04:00)
Azərbaycana pul köçürmələri azalıb - Mərkəzi Bank
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana pul köçürmələri 44,5 faiz azalaraq, 890,7 milyon ABŞ dolları olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəyə pul köçürmələrinin 68 faizi Rusiyadan daxil olub.

Azərbaycandan pul köçürmələrinə gəlincə, S.Nəsirov qeyd edib ki, bu göstərici üzrə birinci yerdə Türkiyə (64,6 milyon ABŞ dolları), ikinci yerdə isə Rusiya (38,5 milyon ABŞ dolları) gəlir. Bütünlükdə ölkədən pul köçürmələrinin həcmi 254,5 milyon ABŞ dolları olub.

Onun sözlərinə görə, nəticədə 636 milyon dollar dəyərində müsbət saldo formalaşıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti