...

Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

İqtisadiyyat Materials 28 Sentyabr 2023 18:29 (UTC +04:00)
Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

“Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşılenerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr apardıq”, - nazir paylaşımında qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti