...

Sərsəng su anbarının bölgə üçün strateji əhəmiyyəti nədir? - Mütəxəssis AÇIQLAYIB

İqtisadiyyat Materials 4 Oktyabr 2023 15:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sərsəng su anbarının bölgə üçün strateji əhəmiyyəti böyükdür.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

O bildirib ki, su anbarının Azərbaycan nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

"Sərsəng su anbarında toplanan su axıb Suqovuşan su anbarında toplanır. Bu su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. Əkin sahələrinin suvarılması üçün böyük əhəmiyyəti var. Bu da Qarabağın iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Sərsəng su anbarı Qarabağın ən böyük su anbarıdır. Su anbarından təkcə suvarma üçün deyil, elektrik enerjisinin alınması üçün də istifadə edilir. Hazırda su anbarının üzərində 50 meqavatlıq gücündə su elektrik stansiyası var. Ordakı su elektrik stansiyalarında işğalda olduğu dövrdə təmir-bərpa işləri görülməyib, texniki qurğular baxımsızlıqla üzləşib.Yəqin ki, Suqovuşan su anbarında gördüyümüz işləri Sərsəng su anbarında da görəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, 1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti