Bakı. Trend:
Gələn il Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı proqnozlaşdırılan kompensasiya ödənişlərinin həcmi açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.
Qeyd edilib ki, gələn il Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 1,7 milyon manat subsidiya nəzərdə tutulub.