...

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artdı

İqtisadiyyat Materials 7 Noyabr 2023 15:15 (UTC +04:00)
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub.

Trend bu barədə İqtisadiyyat Nazirkliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 % artaraq 2,7 milyard manat təşkil edib.

Hesabat dövründə İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 15,8 % artaraq 148,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 % artaraq 110,1 milyon manat təşkil edib.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 15,6 % artaraq 765,3 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 % artaraq 539,2 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti