...

Mərkəzi bank məzənnə sabitliyinin təmin edilməsi üçün tədbirlər görüb

İqtisadiyyat Materials 13 Noyabr 2023 12:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 10 ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, AMB-nin ehtiyatları 1 milyard 248 milyon manat ABŞ dolları artıb.

“Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti