...

İlin əvvəlindən Azərbaycan Türkiyədən polad məhsulları idxalını azaldıb

İqtisadiyyat Materials 14 Noyabr 2023 09:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalaraq 96,8 milyon dollar olub.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Azərbaycana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,1 faiz artıraraq, 8,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti