Bakı. Trend:
Yanvar-oktyabr aylarında qaz ixracı 8.2% artıb.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Avropaya 9.8 mlrd. m3, Türkiyəyə 8.1 mlrd.m3, Gürcüstana isə 1.9 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 4.7 mlrd. m3 qazla təchiz edib", - nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Dəhlizlə Xəzər dənizi regionundan hasil olunan qaz Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Layihə 33 milyard ABŞ dolları dəyərindədir. CQD-nin əsaslı xərclərinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ CQD vasitəsilə qaz tədarüklərinin həcmini 2027-ci ilədək hazırki 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.