...

Latun çubuqlara dair dövlət standartı qəbul edildi

İqtisadiyyat Materials 15 Noyabr 2023 09:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 2060:2023 “Latun çubuqlar. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Qurumdan Trend-ə bildirilib ki, bu standart əlvan metallardan hazırlanan çubuqların keyfiyyətinə və təhlükəsizliyinə məcburi tələbləri müəyyənləşdirmək məqsədilə sahə üzrə aidiyyəti mütəxəssislərin rəyləri nəzərə alınaraq işlənib hazırlanıb.

Qeyd edilib ki, standart, həmçinin, yerli xammal resurslarından, xüsusi ilə də əlvan metalların xammal ehtiyatları və qırıntılarından daha səmərəli istifadə etməklə müasir standartlara uyğun rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalına və ixrac potensialının artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, dövlət standartı hazırlanarkən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti