...

Düşənbədə SPECA süni intellektin inkişaf mərkəzinin təsis edilməsi təklif olunub

İqtisadiyyat Materials 24 Noyabr 2023 14:57 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistanın paytaxtı Düşənbədə SPECA süni intellektin inkişaf mərkəzinin təsis edilməsi təklif olunub.

Trend xəbər verir ki, təklifi Tacikistan prezidenti Emoməli Rəhmon BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında irəli sürüb.

"Tacikistanın paytaxtında SPECA süni intellektin inkişaf mərkəzinin təsis olunmasını təklif edirəm", - o deyib.

E.Rəhmon həmçinin, İT parkların və İT mütəxəssislər üçün təlimlərin yaradılması üzrə birgə layihələrə çağırıb.

Bununla yanaşı, Tacikistan prezidenti ölkəsinin SPECA çərçivəsində tərəflər üçün əlverişli əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti