...

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru çoxdan planlaşdırılan layihə idi - Nazir

İqtisadiyyat Materials 10 Dekabr 2023 13:37 (UTC +04:00)
Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru çoxdan planlaşdırılan layihə idi - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Niş. Trend:

Serbiya-Bolqarıstan İnterkonnektoru çoxdan planlaşdırılan layihə idi.

Trend xəbər verir ki, bu barədə Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç Niş şəhərində (Serbiya) Bolqarıstan-Serbiya İnterkonnektorunun açılış mərasimində bildirib.

"Bu gün burada olmağımız çox xoşdur, çünki bu, ilk növbədə, ölkələrimizin münasibətləri üçün əla gündür. Bu layihə çoxdan planlaşdırılıb. Biz işi bir il ərzində başa çatdıra bildik və Azərbaycandan olan dostlarımızla qaz tədarükü ilə bağlı razılığa gəldik, həmçinin Bolqarıstandan olan dostlarımızla fəaliyyətimizi koordinasiya edə bildik", - deyə o bildirib.

Nazir qeyd edib ki, Serbiya-Bolqarıstan interkonnektoru həm Serbiyanın Mərkəzi və Şərqi Avropaya qaz tədarükü üçün yerləşdirilməsi, həm də Serbiyanın cənub hissəsinin gələcək qazlaşdırılması üçün vacib olan böyük layihədir.

"İlk növbədə Azərbaycandan olan bütün həmkarlarımıza, Prezident İlham Əliyevə və keçən il birgə çox işlədiyimiz hər kəsə çox sağ olun deyirəm. Təbii ki, öz gücü, inamı, cəsarəti ilə qısa müddətdə 109 kilometrə qədər tikinti aparan, borular, qaynaqlı borular, izolyasiya edilmiş borular, daha sonra Serbiya ərazisindən keçən 109 kilometr boyunca müxtəlif nöqtələrdə qaz ölçmə stansiyasını salaraq bu nailiyyətlərə nail olan bütün podratçılara, subpodratçılara, fəhlələrə təşəkkür edirəm. Burada, bu yerdə, avqustun 10-da heç nə yox idi. Biz hər şeyə baxmayaraq, bu istilik mövsümündə yeni qaz mənbələrinə sahib olmaq üçün bu layihəni başa çatdıra bildik", - deyə nazir əlavə edib.

Dubravka Cedoviç-Handanoviç həmçinin Avropa İttifaqına 49 milyon avro məbləğində maliyyə dəstəyinə görə təşəkkür edib:

"Təbii ki, Serbiya Respublikasının vəsaiti ilə sabit büdcəmiz və maliyyə imkanlarımız sayəsində biz əlavə kreditlər götürə bildik, həmçinin bu mühüm layihənin maliyyələşdirilməsinə öz vəsaitimizi ayıra bildik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti