...

IEA Azərbaycanın "Qlobal Metan Vədi"nə sadiqliyini yüksək qiymətləndirir

İqtisadiyyat Materials 5 Mart 2024 14:59 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi IEA Azərbaycanın "Qlobal Metan Vədi"nə sadiqliyini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycanın Qlobal Metan Vədi"nə qoşulduğunu gördüyüm üçün şadam. Metanla mübarizə tədbirləri qısamüddətli perspektivdə qlobal istiləşmənin məhdudlaşdırııması üçün əsas prioritetdir", - paylaşımda deyilir.

F.Birol, həmçinin, COP28 konfransında əldə edilən nəticələrə əsaslanaraq, IEA-nın iddialı nəticələr əldə etmək üçün Azərbaycanla COP29 çərçivəsində sıx əməkdaşlıq edəcəyini bildirib.

Xatırladaq ki, martın 4-də Azərbaycan qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib.

Bu təşəbbüs çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.

"Qlobal Metan Vədi" 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür.

"Qlobal Metan Vədi"nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti