...

Mərkəzi Bank şikayət olunan bankların siyahısını dərc edib (FOTO)

İqtisadiyyat Materials 12 Mart 2024 13:18 (UTC +04:00)
Mərkəzi Bank şikayət olunan bankların siyahısını dərc edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.

Trend İndeksə istinadən xəbər verir ki, yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) "Bank of Baku", "Bank VTB (Azərbaycan)" , "Accessbank" və "Bank Avrasiya" yer alıb.

Orta şikayət indeksində isə "Yapı Kredi Bank Azərbaycan", "Turanbank", "Azərbaycan Sənaye Bankı", "Expressbank", "Unibank", "Yelo Bank", "Rabitəbnak", "Bank Respublika" və "Azər-Türk Bank" yer tutublar.

Aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank"və "Ziraat Bank Azərbaycan" yer tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti