...

Füzuli bizim doğma yurdumuzdur – Füzuli sakini

İqtisadiyyat Materials 23 Aprel 2024 08:28 (UTC +04:00)
Füzuli bizim doğma yurdumuzdur – Füzuli sakini
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Allaha şükürlər olsun ki, biz doğma torpağa qayıdırıq.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Humazadə Fərid deyib.

"Babam mənə Füzulidən danışmışdı, amma heç vaxt orada olmamışam. Allaha şükürlər olsun ki, biz doğma torpağa qayıdırıq. Biz çox həyəcanlıyıq. Füzuli bizim doğma yurdumuzdur”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 150 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti