...

Orta Dəhlizi həyat qabiliyyətli marşruta çevirmək lazımdır - Qazaxıstan səfiri

İqtisadiyyat Materials 12 İyun 2024 12:51 (UTC +04:00)
Orta Dəhlizi həyat qabiliyyətli marşruta çevirmək lazımdır - Qazaxıstan səfiri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizi özlüyündən mövcud olan həyat qabiliyyətli marşruta çevirmək lazımdır.

Trend "Xəzər Siyasət Mərkəzi”nə (Caspian Policy Center) istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov Londonda keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci konfransda çıxışında deyib.

Səfirin sözlərinə görə, Qazaxıstanın prioritetlərindən biri Orta Dəhlizin bütün potensialını kəşf etmək və onun alternativ və ikinci dərəcəli marşrut qismində istifadə olunmayacağına zəmanət verməkdir.

"Biz onu özlüyündən mövcud olan həyat qabiliyyətli marşruta çevirməliyik", - deyə o bildirib.

İlyasov Qazaxıstanın COP29-a dair prioritetlərindən danışıb.

"Qazaxıstan və Mərkəzi Asiya ölkələri üçün diqqətimizi yönəldəcəyimiz məsələlərdən biri sudur", - o deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti