...

DSMF-nin xərcləri yanvar-may aylarında nə qədər artıb?

İqtisadiyyat Materials 19 İyun 2024 11:58 (UTC +04:00)
DSMF-nin xərcləri yanvar-may aylarında nə qədər artıb?
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 mln. manat çox olmaqla 2 mlrd. 768 mln. manat təşkil edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 mln. manat artaraq 2 mlrd. 292 mln. manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 2 mlrd. 853 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 mln. manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti