...

İşğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 28 İyun 2024 10:14 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb - Mikayıl Cabbarov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb və bunların böyük bir hissəsi özəl sektora aiddir.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, həm nazirliyin, həm də bütünlükdə ölkənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır.

Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti