...

Mərkəzi Bank “Multi Solutions”a lisenziya verib

İqtisadiyyat Materials 10 Sentyabr 2024 16:08 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2024-cü il tarixli qərarı ilə “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

Qeyd edək ki, bu sahədə lisenziyası olan təşkilatların sayı 13-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti