Bakı. Trend:
2024-cü ilin 1-ci yarısının yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə etdikləri pul köçürmələrinin həcmi 259,6 milyon ABŞ dollar təşkil edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistika departamentinin direktoru Samir Nəsirov media-brifinq zamanı deyib.
Onun sözlərinə görə, illik göstərici 1,9 faiz artıb.
"İlin 1-ci yarısının yekunlarına görə, Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk beşliyə daxil olan ölkələr bunlardır: Türkiyə - 76,624 milyon ABŞ dolları, Rusiya - 29,396 milyon dollar, ABŞ - 28,234 milyon dollar, Gürcüstan - 25,13 milyon dollar və Böyük Britaniya - 13,576 milyon dollar ", - deyə o vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin yekunları üzrə fiziki şəxslərin Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları təşkil edib.