...

Yelo Bank-dan fermerlər üçün 12 ay güzəşt müddətli kredit kartı

İqtisadiyyat Materials 3 Oktyabr 2024 17:08 (UTC +04:00)
Yelo Bank-dan fermerlər üçün 12 ay güzəşt müddətli kredit kartı

Bakı. Trend:

Yelo Bank fermerlər və kənd təsərrüfatı biznesi ilə məşğul olanlar üçün sərfəli şərtlərlə Aqro kredit kartı təklif edir. Bu kart kənd təsərrüfatı sahəsində çalışan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub, gündəlik və təcili xərclər zamanı çevik və əlçatan həllər təqdim edir. Kartın əsas üstünlükləri belədir:

  • 5000 AZN-ə qədər kredit limiti
  • Kredit xəttinin müddəti: 24 ay
  • Güzəşt müddəti: 12 ayadək
  • Kredit xəttindən təkrar istifadə imkanı
  • Çevik rəsmiləşdirmə prosesi

Qeyd edək ki, güzəşt müddəti kartda istifadə edilmiş hər vəsait üçün nəzərdə tutulub. Bundan əlavə, Yelo Biznes tətbiqinin sadə və rahat interfeysi xərc və gəlirləri nəzarətdə saxlamağa imkan verir. Qeyd edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma komissiyasızdır. Yelo aqro kredit kartı: https://bit.ly/3yctDsf

Bank xidmətləri (https://www.yelo.az/en/business/loans/aqro-kredit-karti/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Xəbər lenti

Xəbər lenti