...

Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib

İqtisadiyyat Materials 12 Oktyabr 2024 11:06 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin sentyabr ayında Türkiyənin Muğla Milas-Bodrum Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 3 milyon 744 min 352 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 2 milyon 27 min 262 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 1 milyon 717 min 90 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 40 min 205 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 17 min 288 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 22 min 917 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 5 faiz artaraq, 35 min 116 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı artmayıb, 19 min 244, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq 15 min 872 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti