Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə danışılıb.
Həmin layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsi müzakirə olunub.