...

İqtisadiyyatın şaxələndirilməsinin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır - Səməd Bəşirli

İqtisadiyyat Materials 10 Fevral 2025 12:21 (UTC +04:00)
İqtisadiyyatın şaxələndirilməsinin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır - Səməd Bəşirli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnvestisiyaların strukturlarında da müəyyən çətinliklər var. Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə də şaxələndirilmənin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.

O bildirib ki, ticari sektorların stimullaşdırılması istiqamətində elə tədbirlər görülməlidir ki, "orta gəlir tələsi"ndən qaça bilək: "1990-cı ildən etibarən cəmi 34 ölkə məhz orta gəlirdən yüksək gəlirli ölkə statusunu uğurla keçə bilib. Onların əksəriyyəti dənizə çıxış imkanı olan ölkələrdir. Biz orta gəlir tələsindən qaçmaq və iqtisadiyyatımızı şaxələndirmək üçün neft sənayemizi dəstəkləmək çox vacibdir. Çünki bizim dünya okeanlarına birbaşa çıxışımız yoxdur deyə bu da maneələrdən biridir.

İnvestisiya, infuziya və innovasiyaya yanaşma ilə tamamilə razıyıq. Azərbaycan infuziya ilə əlaqədar 2-ci mərhələnin müəyyən elementləri artıq müşahidə olunur. Məsələn, avtomobil sənayesinin lokallaşdırılması və s qeyd edə bilərik. Amma bunun ÜDM-də xususi çəkisi 25%-dən aşağıdır, artırılması üçün tədbirlər görülməlidir".

"İnvestisiyaların strukturlarında da müəyyən çətinliklər var. Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə də şaxələndirilmənin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır. Amma hətta biz ümumilikdə investisiyaları artırmağı bacarsaq da, texnoloji imkanları yüksəltmək üçün mütləq öz insan kapitalımızı dəstəkləməliyik.

Özəl qeyri-neft investisiyaların artırılması ilə "orta gəlir tələsi"ndən müəyyən mənada qaçınıla bilinər. Biz bu istiqamətdə iri yerli korporasiyalara fokuslanmağa çalışırıq, xüsusilə bank və xidmət sektorunda.

Biz başa düşürük ki, iqtisadiyyatımızı şaxələndirmək üçün qeyri-neft sənayesində artıma nail olmaq üçün biz eyni zamanda, investisiyaların strukturunda, tərkibində dəyişiklik etməliyik. Burada özəl sektorun payını artırmalıyıq, özəl şirkətlərlə daha fəal şəkildə işləyərək onları qeyri-neft sektorunda inkişafına cəlb etməliyik", - S. Bəşirli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti