...

AZAL İsrailin "El Al" aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb

İqtisadiyyat Materials 11 Fevral 2025 09:52 (UTC +04:00)
AZAL İsrailin "El Al" aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb.

Trend xəbər verir ki, bu barədə AZAL-ın "X" sosial səhifəsindəki paylaşımında bildirilib.

"Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə Israilin "El Al" aviaşirkəti arasında yeni tərəfdaşlığı elan etməkdən məmnunluq duyuruq!

Bu əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri kod-şer razılaşması əsasında “EL AL” və “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən reyslərdən yararlana biləcəklər. “EL AL” aviaşirkətinin kodu (LY) “Azərbaycan Hava Yolları”nın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə bilərsiniz", - deyə AZAL-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti