...

Azərbaycan neftinin qiyməti 79 dollara çatır

İqtisadiyyat Materials 12 Fevral 2025 09:28 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 79 dollara çatır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,11 ABŞ dolları və ya 1,42% artaraq 78,98 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar və ya 1,34% bahalaşaraq 77,54 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,96 dollar və ya 1,57% artaraq 62 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,9 dollar və ya 1,18% artaraq 77,03 dollar/barel təşkil edib.

Fevralın 12-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti