...

Nazir Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin sayını AÇIQLAYIB

İqtisadiyyat Materials 13 Fevral 2025 10:35 (UTC +04:00)
Nazir Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin sayını AÇIQLAYIB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Dirçəliş Fonduna bugünədək 16 mindən çox hüquqi və fiziki şəxs tərəfindən ianələr edilib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.

"Qarabağ Dirçəliş Fonduna bugünədək 16 mindən çox hüquqi və fiziki şəxs tərəfindən ianələr edilib. Həmin ianələrin əksəriyyəti sahibkarlar tərəfindən edilib", - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti