...

Ötən ay Abşeron yatağından hasil edilən qazın həcmi 20%-dən çox azalıb

İqtisadiyyat Materials 13 Fevral 2025 16:34 (UTC +04:00)
Ötən ay Abşeron yatağından hasil edilən qazın həcmi 20%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay Abşeron yatağından 100 milyon kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon kubmetr və ya 23% azdır. Belə ki, 2024-cü ilin yanvarında Abşeron yatağından 130 milyon kubmetr təbii qaz hasil edilib.

Cari ilin yanvar ayında Abşeron yatağından 50 min ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Qeyd edək ki, ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 50 min tonu “Abşeron” yatağının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti