Bakı. Trend:
Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılıb. Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilib.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev deyib.
O bildirib ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyub: "Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılıb. Həmçinin qeyd edilməlidir ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilmiş, “Açıq bankçılıq” üzrə tələblər təsdiq olunub. Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlanılıb".
"Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir", - deyə o vurğulayıb.