...

"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib

İqtisadiyyat Materials 14 Fevral 2025 11:42 (UTC +04:00)
"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var.

İZİA-dan Trend-ə verilən məlumata görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Məlumata görə, bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti