Bakı. Trend:
Azərbaycanda ötən il sabit genişzolaqlı internetin orta sürəti 65.6 Mbit/s təşkil edib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"2024-cü ildə ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 2023-cü illə müqayisədə 30.3 Mbit/s artaraq 65.6 Mbit/s təşkil edib", - paylaşımda qeyd olunub.