...

Naxçıvanın ticarət dövriyyəsi 32,6% artıb

İqtisadiyyat Materials 14 Fevral 2025 12:10 (UTC +04:00)
Naxçıvanın ticarət dövriyyəsi 32,6% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda Naxçıvan Muxtar Respublikasının ticarət döviyyəsinin həcmi 7,4 milyon ABŞ dolları olub.

Trend-in Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 32,6% çoxdur.

Ticarət dövriyyəsinin 7 milyon dolları idxalın, 0,4 milyon dolları isə ixracın payına düşüb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə idxal 36,3% artıb, ixrac 11,2% azalıb.

Xəbər lenti

Xəbər lenti