...

BOKT sektorunun aktivləri artıb

İqtisadiyyat Materials 14 Fevral 2025 12:48 (UTC +04:00)
BOKT sektorunun aktivləri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son 3 ildə Bank Olmayan Kredit Təşkilatları (BOKT) sektorunda aktivlər 3 dəfədən çox artıb. Hazırda ölkədə 57 Bank Olmayan Kredit Təşkilatı mövcuddur.

Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son 1 ildə BOKT sektorunun aktivləri 31% artaraq 1 milyard manata çatıb:

"Bu da hazırda tarixi rekord göstəricidir. Aktivlərlə yanaşı digər göstəricilərdə də artım olmuş, kredit portfeli 35% artmış, öhdəliklər 21% artmış, eləcə də kapital 45% artaraq 456 milyon manata çatmışdır. Son bir ildə mənfəətlik 2,1 dəfə artmış və 157 milyon manata yüksəlmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti