...

MDM-də mövcud depo hesablarının sayı 160 mini keçib - Ağahüseyn Xudaverdiyev

İqtisadiyyat Materials 14 Fevral 2025 14:16 (UTC +04:00)
MDM-də mövcud depo hesablarının sayı 160 mini keçib - Ağahüseyn Xudaverdiyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

1997-ci ildən 2023-cü ilin sonuna kimi Milli Depozit Mərkəzində (MDM) mövcud olan depo hesabların sayı 121 610 təşkil etmişdisə, 2024-cü ilin sonunda bu rəqəm 160 545 olub.

Trend xəbər verir ki, bunu bu gün Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aktiv depo hesabların sayı isə müvafiq olaraq 2023-cü ilin sonuna 75 024 təşkil edirdisə, 2024-cü ilin sonunda 105 552 olub:

"Eyni zamanda, təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilmişdir.
Nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlar üçün balanslarında olan qiymətli kağızlar barədə məlumatların əldə edilməsi imkanı yaradılmışdır".

"Rəqəmsallaşma sahəsində MDM tərəfindən həyata keçirilmiş digər mühüm yenilik isə səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir. MDM bu xidməti ilk dəfə olaraq ölkəmizdə tətbiq edərək, əlçatanlıq səviyyəsinin artırılmasına, səhmdarların hüquqlarının qorunmasına və şəffaflığın artırılmasına tövhə vermişdir.

Hazırda bu sahədə emitentlərə və investorlara göstərilən xidmətlər üzrə elektron çıxarışların və online ödənişlərin tətbiqi üzrə işlər davam etdirilir", - deyə Ağahüseyn Xudaverdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti