...

Azərbaycan ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadiyyat Materials 14 Fevral 2025 16:35 (UTC +04:00)
Azərbaycan ilə AEBA arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə səmərəli görüş olub. Paris Sazişi çərçivəsində enerji planlaşdırılmasına dair Anlaşma Memorandumunun icrası, bu xüsusda Agentliklə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti