...

Xəzəryanı İqtisadi Forumu iqtisadi münasibətlərin inkişafına müsbət töhfə verə bilər – Nazir müavini

İqtisadiyyat Materials 16 Fevral 2025 15:21 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

17-18 fevralda Tehranda keçiriləcək Xəzəryanı ölkələrin baş nazirlərinin İqtisadi Forumu İranın 4 qonşu ölkə ilə iqtisadi münasibətləri inkişaf etdirməsinə müsbət töhfə verə bilər.

Trend-in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və Ticarət İnkişafı Təşkilatının sədri Məhəmməd Əli Dehqan Dehnəvi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələr ətraf mühitin qorunması, dənizdə su səviyyəsinin azalmasının qarşısının alınması, balıq ehtiyatlarının qorunması, neft və qaz ehtiyatlarının istismar olunması, dənizçilik, nəqliyyat marşrutlarının yaradılmasında əməkdaşlıq edə bilərlər.

Dehqan Dehnəvi bildirib ki, Tehranda keçiriləcək 2 günlük forumda bir çox sahələr, o cümlədən iqtisadiyyat, ticarət, sənaye, gömrük əməkdaşlığı və sairə sahələr üzrə əməkdaşlıq araşdırılacaq.

Qeyd edək ki, 17 və 18 fevralda Tehranda Xəzəryanı ölkələrin baş nazirlərinin İqtisadi Forumu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti