...

Qeyri-neft-qaz sektorundan daxilolmalar 12%-ə yaxın artıb

İqtisadiyyat Materials 18 Fevral 2025 10:34 (UTC +04:00)
Qeyri-neft-qaz sektorundan daxilolmalar 12%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6% artıb.

Qeyd olunub ki, ödənilən vergilərin 61%-i qeyri-neft-qaz sektorunun, 39%-i isə neft-qaz sektorunun payına düşüb.

Xəbər lenti

Xəbər lenti