...

Azərbaycanda üzüm şərabının istehsalı 30%-dən çox azalıb

İqtisadiyyat Materials 31 Mart 2025 09:16 (UTC +04:00)
Azərbaycanda üzüm şərabının istehsalı 30%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 96,6 min dekalitr üzüm şərabı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, üzüm şərabının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% və ya 42 min dekalitr azalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda 138,6 min dekalitr üzüm şərabı istehsal edilib.

Bu ilin martın 1-nə olan məlumata görə, üzüm şərabı istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 645,4 min dekalitr təşkil edib.

Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti