...

Birinci rübdə Azərbaycanda neft hasilatı 5%-dən çox azalıb

İqtisadiyyat Materials 14 Aprel 2025 12:41 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda neft hasilatı 5%-dən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 400 min ton və ya 5,5% azdır.

Belə ki, 2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Qeyd edək ki, hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti