...

AÇG-dən hasil edilən neftin həcmi 5%-ə yaxın azalıb

İqtisadiyyat Materials 14 Aprel 2025 12:41 (UTC +04:00)
AÇG-dən hasil edilən neftin həcmi 5%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azəri-Çıraq-Günəşli yatağından 4 milyon ton neft hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 200 min ton və ya 4,8% azdır. Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 4,2 milyon ton neft hasil edilib.

Qeyd edək ki, bu ilin mart ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barrel) olub. Bunun 62,6 min tonunu (462 min barrel) xam neft, 14,3 min tonunu (118 min barrel) kondensat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti