...

"TrendCapital"ın eksperti: "Azərbaycanda taxılın qiymətinin qalxması üçün hər cür zəmin var"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 11:44 (UTC +04:00)
"TrendCapital"ın eksperti: "Azərbaycanda taxılın qiymətinin qalxması üçün hər cür zəmin var"

Azərbaycan, Bakı / Trend / Cari ildə Azərbaycanda taxılın qiymətinin qalxması üçün hər cür zəmin var. Bunlardan ən əsası istehlakçı təhlükəsizliyinin qorunub saxlanması məqsədilə ölkəni lazım olan miqdarda taxılla təmin etmək məsələsində göstərilən qətiyyətsizlikdir. 2007-ci ildə daxili istehsalçılar tərəfindən 2 mln. ton taxıl tədarük olunacaq, lakin Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. tondan artıq təşkil edir. Tələbatın digər hissəsi isə bir qayda olaraq idxal ediləcək.

Azərbaycana taxıl idxal edən əsas ölkələr Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynanın özü də qiymət problemi ilə qarşılaşıb. Taxılın əsas istehsalçısı olan ölkələrdə əlverişsiz hava şəraiti taxıl tədarükünün azalmasına səbəb olub, dünyada taxıla tələbatın artması isə qiymət artımına birbaşa olaraq təsir göstərib. Belə bir şəraitdə Azərbaycan hökumətinin taxıla olan ƏDV-i ləğv etmək barədə qərarı da kömək etmir.

Azərbaycan Respublikasının vəd olunan Taxıl Fondunun vəzifələrinin əvəzedicisi kimi Qazaxıstan taxıl terminalına olan ümidləri doğrulmayıb. 2007-ci ilin avqust ayında Qazaxıstanda "Lisenziyalaşdırma haqqında" qanun qüvvəyə minib, bu qanuna əsasən isə taxıl ixracı ilə bağlı fəaliyyət mütləq lisenziyalaşdırılmalıdır. Gömrük orqanları artıq yeni tələblərin icra edilməsinə təkid edir və lisenziya təqdim olunmadığı təqdirdə taxılı ixrac etməkdən imtina edirlər. Belə bir şəraitdə avqust ayından etibarən ixracla məşğul olan Qazaxıstan şitrkətləri iflic vəziyyətinə düşüb.

Bu arada hər bir ölkənin qida təhlükəsizliyi həmin ölkənin özünü qida məhsulları ilə nə dərəcədə təmin etməsindən asılıdır ki, bunun da əsas göstəricisi növbəti məhsul yığımına qədər taxıl məhsulu ehtiyatının həcmidir.

BMT-nin Beynəlxalq Aqrar və Ərzaq Məsələləri üzrə Təşkilatının rəyincə, 60 sutkalıq taxıl ehtiyatı təhlükəsiz sayılır (il ərzində ölkədə istehlak olunan taxılın 20%-i). Rusiya mütəxəssisləri isə hesab edirlər ki, ölkədə üç aylıq taxıl ehtiyatı olmalıdır (90 sutka).

(Ellada Xankişiyeva - Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti