...

Heyvandarlıq sektorunda damazlığın inkişafı üzrə Qanun layihəsi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda dövlət dəstəyi ilə heyvandarlıq sektorunda damazlığın inkişafı üzrə Qanun layihəsi hazırlanıb. Bu barədə cümə günü Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri, deputat Eldar İbrahimov məlumat verib.

"Bir neçə il bundan öncə, Milli Məclisin "Heyvandarlıqda damazlıq işi" barədə qanun qəbul etməsinə baxmayraq, o, dövrün tələblərinə cavab vermir. Buna görə də, yeni qanun layihəsi hazırlanıb" - deyə İbrahimov əlavə edib.

Onun sözlərinə görə, ölkədə heyvandarlığın inkişafı lazımlıdır və bunun əsasını heyvandarlıqda damazlıq işi təşkil edir. "Bu qanun heyvandarlıqda damazlıq işi sahəsində inkişafı təmin edəcək.

Azərbaycanda heyvandarlıqda damazlıq işi sahəsi qənaətbəxş deyil, təsərrüfat işləmir. Sahənin dövlət qayğısına ehtiyacı var. Bu məsələlər layihədə öz əksini tapıb" - deyə deputat bildirib.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi də hesab edir ki, belə bir qanunun qəbul olunması lazımdır.

Komissiyanın sədri bildirib ki, parlamentin payız sessiyasında layihə müzakirəyə çıxarılacaq.

Parlamentin payız sessiyası oktyabrın 1-də başlanacaq və dekabrın 30-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti