...

"İşəgötürənlər əməyin təhlükəsizliyinin təmin olunmasının mühümlüyünü başa düşməlidirlər": Əmək Müfəttişliyinin rəhbəri ilə müsahibə (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 18:28 (UTC +04:00)
"İşəgötürənlər əməyin təhlükəsizliyinin təmin olunmasının mühümlüyünü başa düşməlidirlər": Əmək Müfəttişliyinin rəhbəri ilə müsahibə (video)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/Avqustun 28-də Bakıda 16 mərtəbəli binanın gözlənilmədən uçmasından sonra, Azərbaycan prezidenti tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi barədə fərman verib.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Əmək Müfəttişliyi tikinti obyektlərində texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar olunması və işçilərin əmək müqavilələrinin mövcud olması istiqamətində yoxlamaları fəallaşdırıb.

Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü ilə Trend ın müsahibəsi.

- Son ay ərzində Əmək Müfəttişliyi nə qədər yoxlama aparıb?

- Əmək müfəttişliyi Azərbaycanda fəaliyyət göstərən təqribən 900 tikinti şirkətindən 59-da yoxlamalar aparıb.Texniki təhlükəsizlik qaydalarının pozulmasına görə, Əmək Müfəttişliyi tərəfindən altı tikinti şirkətinin obyektlərində (Yuksel Insaat, Star-M, Nes MMC, Kapitol, Dizayn MTK və Inam-Bayram MMC) işlər dayandırılıb. Yuksel Insaat şirkətinin sınaq müddəti başa çatıb və dünən şirkətin rəhbəri oktyabrın 7-nə qədər bizdən əlavə vaxt istəyib.

Bununla yanaşı, Müfəttişlik yeddi daş karxanasında (Ferhad, Gunes, Nurlan LTD, Serq Ecemi, Viles, Gulbext, Gunay) işləri dayandırıb. Cəmi 74 daş karxanası yoxlanılıb.

- Müfəttişlik tikinti şirkətlərinin işçiləri ilə əmək müqavilələrinin bağlanılmasına nail olubmu?

- Son ay ərzində Müfəttişlik 1630 müqavilənin imzalanmasına nail olub ki, bu da səkkiz ayın göstəricisinə bərabərdir.

Müfəttişliyin müdaxiləsindən sonra 3300-dən çox müqavilə yenilənib. Bu sənədlərdə əvvəllər minimum əmək haqqı göstərilmişdi. Yenilənən müqavilələrdə tikinti sahəsindəki orta əmək haqqı əks olunub ki, bu da Vergilər Nazirliyi və Sosial Müdafiə Fonduna köçürmələrin düzgünlüyünə yardım edir.

- Müfəttişliyin tikiknti obyektlərində reydlər apardığı və işləri dayandırdığı prosedurla bağlı danışmağınızı xahiş edirik.

- Müfəttişliyin əməkdaşları tikinti obyektlərində yoxlamalar aparır, aşkar olunmuş çatışmazlıqlar əsasında akt tərtib edirlər və müfəttişliyin rəhbərinə təqdim edirlər. Müfəttişliyin rəhbəri cəza barədə qərar qəbul edir. Cəza - ya 99 manat cərimdəir, yaxud da tikinti şirkətinin normal əmək şəraiti yaratması üçün tələb olunan müddətdə - 5 gündən 20 günə qədər işlərin dayandırılmasıdır.

Şirkət üçün müəyyən olunmuş bu müddət ərazizndə müfəttişliyin əməkdaşı mütəmadi olaraq tikintiyə baxış keçirir və vəziyyət barədə müfəttişliyin rəhbərinə məruzə edir. Müfəttişlik rəhbəri mütəmadi olaraq ölkənin tikinti sahəsində işçilərin vəziyyətilə bağlı əmək naziri qarşısında hesabat verir.

Əgər təkrar xəbərdarlıqdan sonra şirkət onun üçün müəyyən olunmuş normalara tabe olmursa, Müfəttişlik prokurorluğa müraciət edir.

- Əmək Müfəttişliyi tərəfindən aşkar olunmuş pozuntuları vaxtında həll edə bilməyən şirkətlərə hansı sanksiyalar tətbiq olunacaq?

- Əmək Müfəttişliyi hazırkı 99 manatlıq cərimənin artırılması istiqamətində təklif hazırlayaraq, Azərbaycanın Nazirlər Kabinetinə ünvanlayıb. Lakin Müfəttişliyin məqsədi cəriməni artırmaq deyil, işəgötürənlərə, əməyin təhlükəsizliyinin təmin olunmasının mühümlüyünü başa salmaqdır.

Xəbər lenti

Xəbər lenti