...

"Palmali" Şirkətlər Qrupu Türkiyədə 1000 şəhid və müharibə iştirakçısının ailələri üçün "iftar" süfrəsi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Palmali" Şirkətlər Qrupu Türkiyədə 1000 şəhid və müharibə iştrakçısının ailələri üçün "iftar" süfrəsi verib. Bu barədə məlumatı Türkiyə KİV-i yayıb. Məlumatda bildirilir ki, şəhid ailələri Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinə göstədiyi diqqət və qayğıya görə "Palmali" Şirkətlər Qrupunun prezidentinə öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhid ailələri arasında böyük təəssürata səbəb olan "iftar"ın yekununda hədiyyələr paylanıb. Türkiyə mediasının yazdığına görə, "iftar"da şəhid və qazi ailələri ilə birlikdə İstanbul İcra Hakimiyyətinin nüməyəndələri və Polis İdarəsinin yüksək vəzifəli zabitləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti