...

Azərbaycanın bir sıra tikinti şirkətlərinə fəaliyyəti bərpa etməyə icazə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Cümə axşamı Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlünün verdiyi məlumata görə, müfəttişlik sentyabr ayında texniki təhlükəsizlik qaydalarına əməl etməməsi səbəbindən fəaliyyəti dayandırılan 6 şirkətdən 4-nə, fəaliyyətini bərpa etməyə icazə verib.

"Dizayn MTK", "Kapitol", "Yuksel Insaat", "Inam-Bayram" şirkətlərinin fəaliyyəti müfəttişliyin qanun pozuntularının aradan qaldırılmasını müəyyən etməsindən sonra bərpa olunub" - deyə Şükürlü bildirib.

Sentyabr ayında Əmək Müffətişliyi texniki təhlükəsizlik qaydalarının pozulması, eləcə də əmək müqavilələrinin olmaması, yaxud işçilərin əmək haqqının düzgün göstərilməməsinə görə, altı şirkətdə tikinti işlərini dayandırıb: "Dizayn MTK", "Kapitol", "NES MMC", "Star MMC", "Yuksel Insaat", "Inam-Bayram".

Tikinti bölməsində yoxlamalar avqust ayında Bakının mərkəzində tikilməkdə olan 16 mərtəbəli binanın uçmasından sonra daha da fəallaşıb. Hadisə yerində yoxlamalar aparan ekspertlərin fikrincə,

binanın uçmasının səbəblərindən biri texniki təhlükəsizlik qaydalarırın pozulmasıdır.

Şükürlünün sözlərinə görə, müffətişliyin müdaxiləsindən sonrakı doqquz ay ərzində 400 nəfər şəxs əmək müqaviləsində aylıq əmək haqqının düzgün göstərilməsinə nail olub, bu dövrə qədər, əmək haqqı, orta real əmək haqqı 200-250 manat olduğu halda, 50-70 manat civarında göstərilib. Müffəttişlik bu dövr ərzində 1500 əmək müqaviləsinin bağlanmasına da müvəffəq olub.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Əmək Müfəttişliyi müntəzəm olaraq, istehsalatda əmək şəraitinə nəzarət edən orqandır.

Xəbər lenti

Xəbər lenti