...

Azərbaycan Dövlət Baytarlıq Xidməti 100-dən artıq növdə qanunsuz satılan dərman preparatları aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2007 02:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Baytarlıq Xidməti ölkənin yeddi şəhərinin apteklərində qanunsuz yolla satılan 107 növdə baytarlıq dərman preparatları aşkar edib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Dövlət Baytarlıq Xidmətinin verdiyi məlumata görə, preparatlar Gədəbəy, Tovuz, Yevlax, Masallı, Ağcabədi, İmişli və Gəncədə satılıb.

Qanunsuz yolla satılan dərman preparatlarını aşkar etməkdə sentyabr ayından keçirilmiş xüsusi reydlər kömək edib.

Dövlət Baytarlıq Xidmətinin məlumatına əsasən, 13 ölkənin istehsalı olan həmin dərmanlar müsadirə olunub və məhv edilib.

Xəbər lenti

Xəbər lenti