...

2008-ci ildə ipoteka kreditləşməsinin bahalaşması qaçılmazdır - Milli Bankın rəhbəri (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 14:58 (UTC +04:00)
2008-ci ildə ipoteka kreditləşməsinin bahalaşması qaçılmazdır - Milli Bankın rəhbəri (video)

Azərbaycan, Bakı/ " TrendCap " Ü.İsmayılova/ 2008-ci ildə ipoteka kreditləşməsi üzrə faiz dərəcələrinin artması qaçılmazdır. Bu barədə çərşənbə günü Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmov məlumat verib. "İpoteka kreditlərinin faiz dərəcələri bazar qanunlarına uyğun olaraq nizamlanacaq" - Rüstəmov bildirib. İpoteka fondunun fəaliyyəti dövründə (2006-2007-ci illər) Azərbaycanda sosial ipoteka üzrə faiz dərəcələri 4 faiz təşkil edib. Fond xətti ilə yerli banklar tərəfindən ayrılan ipoteka kreditləri üzrə faiz dərəcələri 8 faizdir. Rüstəmovun sözlərinə görə, sosial ipoteka üzrə faiz dərəcələri 2008-ci ildə dəyişilməz qalacaq. Milli Bankın idarə heyətinin sədri bildirib ki, hazırda Azərbaycan İpoteka Fondunun fəaliyyətini bərpa etmək üçün xarici maliyyələşdirmənin cəlb edilməsi üçün danışıqlar aparılır. Danışıqlar Beynəlxalq Maliyyə Korporasiyası, Alman İnkişaf Bankı KfW və maliyyələşdirmədə maraqlı olan digər böyük kommersiya bankları ilə aparılır. Rüstəmov xarici maliyyələşdirmənin həcmini bildirməkdə çətinlik çəkib. Azərbaycan İpoteka Fondunun fəaliyyəti dövründə yerli banklar fond xətti üzrə 260 mln. manat kredit ayırıblar. Ümumilikdə 8 min ipoteka krediti ayrılıb. Bunlardan 1800-ü dövlət xətti üzrə, 6200-ü isə bankların vəsaitləri hesabına maliyyələşdirilib. Yayda Azərbaycan İpoteka Fondu vəsait çatışmazlığı səbəbindən öz fəaliyyətini dayandırıb. 2006-cı ilin dövlət büdcəsindən fond üçün 25, 2007-ci ilin büdcəsindən 20 mln. manat ayrılıb. Azərbaycanın 2008-ci il üçün təsdiqlənən büdcəsinə əsasən ipoteka kreditləşməsi üçün 35 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti