...

Bakının ilkin bazarında qiymətlərin aşağı düşməsi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Bakıda daşınmaz əmlak bazarında fəallıq noyabrda 2,3 faiz azalıb. Bu, tikinti sektorunda mənfi amillər səbəbindən. əhalinin yeni tikililərə marağının azalması ilə əlaqədardır. Bu barədə cümə günü "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin məlumatında bildirilib.

Bakının ilkin bazarında yaşayış sahəsinin bir kvadrat metrinin qiyməti noyabrda 0,1 faiz və ya 1022 dollaradək aşağı düşüb. 2007-ci ildə ilkin bazarda qiymətlərin aşağı düşməsi artıq cari ildə dördüncü dəfə müşahidə olunur.

Oktyabrda ən qiymətli "Elite" klass evlərinə təlabat 1,9 faiz artıb.

Sentyabrda ilkin bazarda 597 binanın tikintisi başa çatdırılıb və istifadəyə verilib. Tikinti 225 şirkət tərəfindən həyata keçirilib. Binaların əksəriyyəti (26 faizi) Bakının Nəsimi rayonu ərazisində inşa olunub.

Xəbər lenti

Xəbər lenti