...

Bakı Banklararası Valyuta Birjası dekabrın 28 -nə ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 28 dekabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. Bu barədə birjanın cümə günü yaydığı məlumatında bildirilib. BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8455 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həjmi 5 579 640 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd qalxıb və 0,8454 AZN təşkil edib. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 43 525 419 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8454 AZN təşkil edib. hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 58 085 000 ABŞ dolları və ya 49 105 059 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 3 057 105 ABŞ dolları düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 358 280 AZN təşkil edib. Manatın orta məzənnəsi avroya nisbətən 1,2361 AZN təşkil edib. Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib. BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,56%, ABŞ dolları üzrə isə illik 16,06% təşkil edib.

Xəbər lenti

Xəbər lenti