...

Azərbaycan iş adamları Çinin biznes mühiti ilə tanış olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / " , müxbir Ü.İsmayılova / Çümə axşamı Azərbaycanın Milli Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, Konfederasiya Çin Uyqur Muxtar Rayonunun Sahibkarlar Assosiasiyası ilə birgə Azərbaycan iş adamlarının Çinin Urumçi şəhərinə səfərini təşkil edəcək.

Məlumatda bildirilib ki, səfərin məqsədi - Çin sahibkarları ilə görüş təşkil etmək, onların iş atmosfri ilə və investisiya mühiti ilə tanış olmaq, gələcək əməkdaşlıq üçün əlaqələr qurmaqdır.

Azərbaycan iş adamlarının bu məqsədlə səfəri yanvarın 21-dən 26-dək davam edəcək.

Azərbaycan Sahibkarlar Konfederasiyası 1999-cu ildə yaranıb. Təşkilatın üzvlərinin sayı 3,5 min nəfərdən artıqdır. Sahibkarın hüquqi statusundan asılı olaraq üzvlük haqqının ümumi məbləği 100 manatdan 1 min manat arasında müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti